Baş səhifə / Banner / “Alışanov işin”də “BİR İŞ” var

“Alışanov işin”də “BİR İŞ” var

Üç kişinin “üzünə dursun” deyə həbsdəki adama hər cür “komfort” yaradıblar

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Arif Alışanovla bağlı məhkəmə işi hər dəfə çarpıcı faktlarla gündəmi zəbt edir. Son proseslərdə müttəhimlər kürsüsündə əyləşənlər ibtidai istintaqın çeşidli qanun pozuntuları ilə müşaiyət olunduğunu, ifadələrinin işgəncə altında alındığını söyləyiblər.
Qeyd edək ki, təqsirləndirilənlər – Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov AzTV sədri Arif Alışanov, qızı Nigar Alışanova və bacısı oğlu Dəyanət Cəfərova qarşı sui-qəsddə, televiziya rəhbərinin 4,6 milyon dəyərində əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Şücayət Əkbərov: “Məni döyürdülər ki, Alışanovu öldürmək istədiyimi deyim”

Ş.Əkbərov sui-qəsd planını həyata keçirmək üçün yaradılan dəstənin rəhbəri kimi qələmə verilir. Lakin o, məhkəmədəki ifadəsində ittihamı rədd edib, ibtidai istintaq dövründə yazılanların şər-böhtan olduğunu bildirib. Ş.Əkbərov cinayət törətmədiyini, heç vaxt adam öldürmək fikrində olmadığını, həbsinin aldığı torpaq sahələrinə görə borcunu qaytarmaq istəməyən, eyni zamanda törətdiyi qətlin üstünün açılmaması məqsədilə A.Alışanov tərəfindən təşkil edildiyini, bunun üçün sürücüsü Hacı Babayev və Müsabi Namazovla birlikdə “saxta cinayət işi” qurduğunu deyib. Ş.Əkbərovun sözlərinə görə, heç vaxt silahı olmayıb, maşınından tapıldığı iddia edilən silah da ora atılıb. Saxlanılarkən də əvvəlcə Şamaxı Rayon Polis Şöbəsinə, sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ ) aparıldığını, orada işgəncə gördüyünü bildirib: “İyirmi gün “bandotdel”də məni döydülər ki, Alışanovu öldürmək istədiyimi deyim”.

Qoçalı Cəbiyev: “Şücayətin üzünə durmağım üçün mənzil, pul təklif edirlər”

Digər təqsirləndirilən Qoçalı Cəbiyev məhkəmədəki ifadəsində cinayət işinin saxta olduğunu və prosesin Alışanovun ssenarisi ilə aparıldığını bildirib. Deyib ki, Ş.Əkbərovun sui-qəsd planı hazırladığını söyləməklə əleyhinə ifadə verməsi üçün ibtidai istintaq zamanı ona işgəncə verilib: “Məni “bandotdel”də döyürdülər ki, Şücayətin üzünə durum. Ayağımdan asmışdılar. İyirmi gün orada zülm verdilər”.

Q.Cəbiyev Əkbərovdan sui-qəsdlə bağlı hər hansı göstəriş və ya sifariş almadığını deyib. O, hazırda özünə qarşı təzyiqlərin davam etdiyini söyləyib. Bildirib ki, istintaqı aparan müstəntiq Kamal Talıbov məhkəmədən bir gün əvvəl Kürdəxanı təcridxanasına gələrək onunla görüşüb və pul təklif edib, prosesdə əsas təqsirləndirilən şəxs olan Şücayət Əkbərovun əleyhinə ifadə verməyi təklif edib. Müstəntiq bu “xidmət”, həmçinin “arvadının onun həbsinə dözməyib öldüyü barədə məhkəmədə danışmamağı” müqabilində Q.Cəbiyevə azad olunacağı və ona mənzil bağışlanacağına dair vəd verib. Əks təqdirdə, onu da Ş.Əkbərovun gününə salıb, ailəsinin bütün əmlaklarını əllərindən alacaqları ilə hədələyib.

Zöhrab Şirinov: “Müstəntiqin dediklərini yazmasaydım, sağ qalmazdım”

Təqsirləndirilən Zöhrab Şirinov da ötən prosesdə həbs olunduğu vaxt “bandotdel”də saxlanıldığını və təzyiqlərə məruz qaldığını deyib. “Yanvarın 14-də tutulmuşam, 29-na qədər “bandotdel”də qalmışam. Vəkilimi yanıma buraxmadıqlarına görə qardaşım prokurorluğa teleqram vurub. Həmin gecə məni xüsusi maşınla etap ediblər. Ertəsi gün yenə qaytarıb Mehman adlı birini verdilər ki, “bu, sənin vəkilindir”. Müstəntiq Kamal Talıbov mənə deyirdi ki, “onsuz da vəkilin qol çəkib, sənin nə deməyinin əhəmiyyəti yoxdur”. Başqa yolum yox qalmamışdı, ya özümü öldürməliydim, ya da qol çəkməliydim. Ona görə də məcburən imzaladım. Cinayət işindəki ifadələr təzyiqlə alınıb. Məni Canpolad adlı müstəntiqin otağında döydülər. Həmin zorakılığın ağrısını indi də çəkirəm. Onurğamda problem yaranıb. Əgər istədiklərini yazmasaydım, indi burada ayaq üstə dura bilməzdim. Məni yenidən dindirin, ərizəmi burada alın. Bütün telefon danışıqlarımı çıxarıblar. Radarlar var, baxsınlar, görsünlər mənim maşınım oradan keçib, ya yox. Ayın 11-də usta işlədiyindən evimdə olmuşam. Müsabi ilə üzləşmədə heç onu tanımamışam. Alışanova sui-qəsdlə bağlı heç bir plan və ya razılaşma olmayıb”.

Fərqanə Hüseynova: “Ərimdən Şücayətin əleyhinə ifadələr almağa çalışıblar”

Məhkəmə istintaqında Aqşin Hüseynov verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bəyan edib. Bu da o deməkdir ki, onun iddia edilən sui-qəsddən xəbəri olmayıb. Bunu, məhkəmə istintaqında dindirməsi hələ ki, baş tutmayan A.Hüseynovun həyat yoldaşı Fərqanə Hüseynovanın ibtidai istintaq zamanı kütləvi informasiya vasitələrinə yazdığı müraciət də təsdiqləyir: “Həyat yoldaşım Aqşin Hüseynov AzTV sədri Arif Alışanovun sifarişi əsasında həbs edilən Şücayət Əkbərovun 15 il işçisi olub. 2017-ci ilin yanvarın 14-də yoldaşım Əkbərovla birlikdə həbs edilsə də, 3 gün sonra Aqşin buraxılıb. Ondan Şücayətin əleyhinə ifadələr almağa çalışıblar. Lakin onların bu çirkin planları həyata keçmədiyindən həyat yoldaşımın adına olan lizinqli kənd təsərrüfatı texnikaları və torpağımız zor tətbiqetmə və hədə-qorxu gəlməklə etibarnamə əsasında əlimizdən alınıb. Yoldaşım Əkbərovla işlədiyi müddətdə kənd təsərrüfatı ilə məşğul olub. Şücayətin həbsindən sonra Alışanov ona aid mülkləri də hədə-qorxu ilə əlindən alıb, etibarnamə əsasında köməkçisi Camal Nəbiyevin adına keçirib. Nəbiyev torpağımızı öz adına rəsmiləşdirərkən, hər şeyin yaxşı olacağına bizi arxayın edirdi. Amma 2 ayda təsərrüfatımızı taladı, “Alışanova pay verəcəyi” adı ilə toyuq-cücəni kəsdirdi, sonra geridə bir şey qalmadığını görüb Aqşini təzədən həbs etdirdi. Aqşin verdiyi etibarnaməni sonradan ləğv etdirsə də, texnikalar hələ də Alışanovun istifadəsindədir”.

Müttəhimin zövcəsi “Alışanovlar dəstəsi”nin məsuliyyətə cəlbini tələb edib

Fərqanə xanım bundan əvvəl dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də nəticəsi olmadığını yazıb: “Həyat yoldaşım hazırda günahsız olaraq Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Xahiş edirəm ki, onun azadlığa çıxarılmasına, Arif Alışanov və qohum-əqrabasının qanunsuz ələ keçirdikləri əmlaklarımızın geri qaytarılmasına, ailəmizə külli məbləğdə maddi zərər vurmuş Alışanovlar dəstəsinin cinayət məsuliyyətinə cəlb olunmasına və bizə vurulmuş zərərin ödənilməsinə yardımçı olasınız və bu məsələni öz mətbu orqanlarınızda işıqlandırasız”.
F.Hüseynovanın yazdığından: “Həyat yoldaşım cinayət törətmədiyi, ehtimallarla ağır cinayətdə ittiham olunduğu halda, aşkar cinayət törətmiş şəxslər və onların yaxınları haqqında niyə cinayət işi başlanılmır? AzTV sədri vəzifəsini daşıyan şəxs nə vaxtdan “toxunulmaz” olub? Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və bu ayrıseçkilik Konstitusiya ilə qadağan edilib”.

Xanım müraciəti öz imzası ilə də təsdiqləyib. Lakin sonradan şikayəti KİV-ə göndərməsinə nəsə ya da kimsə mane olub. Hüquqi terminlərdən yerində istifadə, dilin qaydalarına uyğun yazılışı məktubun vəkilin nəzarəti və diqtəsi ilə yazıldığını göstərir.

Vəkil təpindi, o da qorxusundan eləmədiyi işi “boynuna aldı”

Amma A.Hüseynov məhkəmədə özünü təqsirli bilmədiyini dediyi zaman müdafiəçisi Nüşabə Ağayeva “Sən özünü qismən təqsirli bilirsən, avtomat silahı Zöhrabdan alıb, Qoçalıya vermisən və Şücaətin xahişi ilə silahları çənin altından götürüb qarajda gizlətmisən”, deyə ona təpinərək müdafiəsi altında olan şəxsin ehtimal edilən cinayətlə əlaqəsini və təqsirini təsdiq etdirməklə onun müdafiə hüququnu kobud şəkildə pozub. Bundan sonra müttəhim özünü qismən təqsirli saydığını deyib.

Necə olur ki, təqsirləndirilən dörd nəfərdən üçü eyni ifadəni verir, israrla cinayətə təşəbbüs göstərmədiklərini deyir, ibtidai istintaqda döyüldüklərini, ifadələrinin təzyiq altında alındığını söyləyirlər, yalnız biri “təqsiri”ni boynuna alır. O da vəkilin kobud müdaxiləsindən sonra. Arvadının hər yerə palaz-palaz şikayət məktubu yazdığını, ərinin günahsız olduğu barədə iddialarını bilə-bilə, vəkil adamın olmayan təqsirini sonradan hansı gərəkcə ilə boynuna qoya bilir? Axı o məktublar sübut sayılır. Vəkil, faktiki olaraq müvəkkilinin ifadəsinin saxtalaşdırlmasını təmin edir, amma saxtakarlığa yol vermənin cəzasını da peşəsindən dolayı hər kəsdən daha yaxşı anlamalıdır.
A.Hüseynov yoldaşları ilə uzun müddət Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında eyni barakda qalıb. Bu yaxınlarda Kürdəxanıdan Şüvəlana aparılıb, oradan da “xəstəlik” bəhanəsi ilə müalicə müəssisəsinə köçürülüb. Məhkəməyə başqa maşında gətirlir, digərlərindən ayrıca əyləşdirilir, müttəhim yox, daha çox şahid kimi dindirilir. Adətən, mütəşəkkil cinayət epizodlarında yoldaşlarına qarşı ifadə verənlər digər tərəfin ehtimal edilən hücumundan sığortalanmaq məqsədilə proseslərə bu cür gətirilir. Vəkilin də, müvəkkilinin də Alışanovun maraqlarına uyğun mövqe sərgiləməsi, Hüseynova münasibətdə məhkəmənin nümayiş etdirdiyi ayrı-seçkilik “bu işdə bir iş olduğu”nu düşünməyə əsas verir. Hüseynovu bir tərəfdən ehtimal olunan cinayəti törətməyə cəhd göstərən mütəşəkkil dəstənin üzvü hesab edirlər, başqa tərəfdən isə ona CM-nin 29 (cinayət etməyə cəhd) və 120-ci (qəsdən adam öldürmə) maddələrini tətbiq etmirlər və bunun müqabilində onu “əməkdaşlığa” sürükləyirlər.

Bastainfo.com

Bunu da oxu:

Su İdmanı Sarayında faciə

Bakıda məşq edən 43 yaşlı kişi vəfat edib. Tendensiya.com “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə …

YToxOntzOjExOiJ0aWVfb3B0aW9ucyI7YToxMjk6e3M6MTI6InRoZW1lX2xheW91dCI7czo0OiJmdWxsIjtzOjc6ImZhdmljb24iO3M6Njg6Imh0dHA6Ly93d3cuYXp0b2RheS5hei93cC1jb250ZW50L3VwbG9hZHMvMjAxNy8wMi9henRvZGF5LWZhdmljb24ucG5nIjtzOjExOiJ0aW1lX2Zvcm1hdCI7czoxMToidHJhZGl0aW9uYWwiO3M6MTI6ImxpZ2h0Ym94X2FsbCI7czo0OiJ0cnVlIjtzOjE2OiJsaWdodGJveF9nYWxsZXJ5IjtzOjQ6InRydWUiO3M6MTM6ImxpZ2h0Ym94X3NraW4iO3M6NDoiZGFyayI7czoxNToibGlnaHRib3hfdGh1bWJzIjtzOjg6InZlcnRpY2FsIjtzOjIxOiJicmVhZGNydW1ic19kZWxpbWl0ZXIiO3M6MToiLyI7czoxMToiaGVhZGVyX2NvZGUiO3M6ODI0OiImbHQ7IS0tIEdsb2JhbCBTaXRlIFRhZyAoZ3RhZy5qcykgLSBHb29nbGUgQW5hbHl0aWNzIC0tJmd0Ow0KJmx0O3NjcmlwdCBhc3luYyBzcmM9JnF1b3Q7aHR0cHM6Ly93d3cuZ29vZ2xldGFnbWFuYWdlci5jb20vZ3RhZy9qcz9pZD1VQS0xMDY4NTM3MzktMSZxdW90OyZndDsmbHQ7L3NjcmlwdCZndDsNCiZsdDtzY3JpcHQmZ3Q7DQogIHdpbmRvdy5kYXRhTGF5ZXIgPSB3aW5kb3cuZGF0YUxheWVyIHx8IFtdOw0KICBmdW5jdGlvbiBndGFnKCl7ZGF0YUxheWVyLnB1c2goYXJndW1lbnRzKX07DQogIGd0YWcoJ2pzJywgbmV3IERhdGUoKSk7DQoNCiAgZ3RhZygnY29uZmlnJywgJ1VBLTEwNjg1MzczOS0xJyk7DQombHQ7L3NjcmlwdCZndDsNCg0KJmx0OyEtLUxpdmVJbnRlcm5ldCBjb3VudGVyLS0mZ3Q7Jmx0O3NjcmlwdCB0eXBlPSZxdW90O3RleHQvamF2YXNjcmlwdCZxdW90OyZndDsNCm5ldyBJbWFnZSgpLnNyYyA9ICZxdW90Oy8vY291bnRlci55YWRyby5ydS9oaXQ/ciZxdW90OysNCmVzY2FwZShkb2N1bWVudC5yZWZlcnJlcikrKCh0eXBlb2Yoc2NyZWVuKT09JnF1b3Q7dW5kZWZpbmVkJnF1b3Q7KT8mcXVvdDsmcXVvdDs6DQomcXVvdDs7cyZxdW90OytzY3JlZW4ud2lkdGgrJnF1b3Q7KiZxdW90OytzY3JlZW4uaGVpZ2h0KyZxdW90OyomcXVvdDsrKHNjcmVlbi5jb2xvckRlcHRoPw0Kc2NyZWVuLmNvbG9yRGVwdGg6c2NyZWVuLnBpeGVsRGVwdGgpKSsmcXVvdDs7dSZxdW90Oytlc2NhcGUoZG9jdW1lbnQuVVJMKSsNCiZxdW90OzsmcXVvdDsrTWF0aC5yYW5kb20oKTsmbHQ7L3NjcmlwdCZndDsmbHQ7IS0tL0xpdmVJbnRlcm5ldC0tJmd0OyI7czoxMToiZm9vdGVyX2NvZGUiO3M6MzU4OiImbHQ7c3R5bGUmZ3Q7DQouYWRzX2xlZnR7cG9zaXRpb246Zml4ZWQ7dG9wOjEwcHg7d2lkdGg6MTYwcHg7aGVpZ2h0OjEwMCU7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7Ym90dG9tOjBweDt6LWluZGV4OjEwO21hcmdpbi1yaWdodDo1MTRweDtyaWdodDo1MCU7YmFja2dyb3VuZDojZmZmO292ZXJmbG93OmhpZGRlbjt9DQouYWRzX3JpZ2h0e3Bvc2l0aW9uOmZpeGVkO3RvcDoxMHB4O3dpZHRoOjE2MHB4O2hlaWdodDoxMDAlO2Rpc3BsYXk6aW5saW5lLWJsb2NrO2JvdHRvbTowcHg7ei1pbmRleDoxMDttYXJnaW4tbGVmdDo1MTRweDtsZWZ0OjUwJTtiYWNrZ3JvdW5kOiNmZmY7b3ZlcmZsb3c6aGlkZGVuO30NCiZsdDsvc3R5bGUmZ3Q7IjtzOjEyOiJsb2dvX3NldHRpbmciO3M6NDoibG9nbyI7czo0OiJsb2dvIjtzOjY1OiJodHRwOi8vd3d3LmF6dG9kYXkuYXovd3AtY29udGVudC91cGxvYWRzLzIwMTcvMDkvYXp0b2RheS1sb2dvLnBuZyI7czoxMToibG9nb19tYXJnaW4iO3M6MjoiMTUiO3M6MTg6ImxvZ29fbWFyZ2luX2JvdHRvbSI7czoyOiIxNSI7czoxMToiY2VudGVyX2xvZ28iO3M6NDoidHJ1ZSI7czo4OiJ0b3BfZGF0ZSI7czo0OiJ0cnVlIjtzOjE2OiJ0b2RheWRhdGVfZm9ybWF0IjtzOjk6ImwgLCBGIGogWSI7czoxMDoidG9wX3NlYXJjaCI7czo0OiJ0cnVlIjtzOjExOiJsaXZlX3NlYXJjaCI7czo0OiJ0cnVlIjtzOjg6Im1haW5fbmF2IjtzOjQ6InRydWUiO3M6OToic3RpY2tfbmF2IjtzOjQ6InRydWUiO3M6MTg6Im1vYmlsZV9tZW51X2FjdGl2ZSI7czo0OiJ0cnVlIjtzOjE4OiJtb2JpbGVfbWVudV9zZWFyY2giO3M6NDoidHJ1ZSI7czoyMjoibW9iaWxlX21lbnVfaGlkZV9pY29ucyI7czo0OiJ0cnVlIjtzOjE1OiJicmVha2luZ19lZmZlY3QiO3M6NDoiZmFkZSI7czoxNDoiYnJlYWtpbmdfc3BlZWQiO3M6MzoiNzUwIjtzOjEzOiJicmVha2luZ190aW1lIjtzOjQ6IjM1MDAiO3M6MTM6ImJyZWFraW5nX3R5cGUiO3M6ODoiY2F0ZWdvcnkiO3M6MTU6ImJyZWFraW5nX251bWJlciI7czoyOiIxMCI7czo4OiJyc3NfaWNvbiI7czo0OiJ0cnVlIjtzOjEzOiJwb3N0X2ZlYXR1cmVkIjtzOjQ6InRydWUiO3M6MTM6InBvc3Rfb2dfY2FyZHMiO3M6NDoidHJ1ZSI7czo5OiJwb3N0X21ldGEiO3M6NDoidHJ1ZSI7czo5OiJwb3N0X2RhdGUiO3M6NDoidHJ1ZSI7czoxNToic2hhcmVfcG9zdF90eXBlIjtzOjQ6ImZsYXQiO3M6MTU6InNoYXJlX3Nob3J0bGluayI7czo0OiJ0cnVlIjtzOjExOiJzaGFyZV90d2VldCI7czo0OiJ0cnVlIjtzOjE0OiJzaGFyZV9mYWNlYm9vayI7czo0OiJ0cnVlIjtzOjEyOiJzaGFyZV9nb29nbGUiO3M6NDoidHJ1ZSI7czo3OiJyZWxhdGVkIjtzOjQ6InRydWUiO3M6MTY6InJlbGF0ZWRfcG9zaXRpb24iO3M6NToiYmVsb3ciO3M6MTQ6InJlbGF0ZWRfbnVtYmVyIjtzOjE6IjMiO3M6MTk6InJlbGF0ZWRfbnVtYmVyX2Z1bGwiO3M6MToiNCI7czoxMzoicmVsYXRlZF9xdWVyeSI7czo4OiJjYXRlZ29yeSI7czoxOToiY2hlY2tfYWxzb19wb3NpdGlvbiI7czo1OiJyaWdodCI7czoxNzoiY2hlY2tfYWxzb19udW1iZXIiO3M6MToiMSI7czoxNjoiY2hlY2tfYWxzb19xdWVyeSI7czo4OiJjYXRlZ29yeSI7czoxMDoiZm9vdGVyX3RvcCI7czo0OiJ0cnVlIjtzOjIxOiJmb290ZXJfd2lkZ2V0c19lbmFibGUiO3M6NDoidHJ1ZSI7czoxNDoiZm9vdGVyX3dpZGdldHMiO3M6OToiZm9vdGVyLTRjIjtzOjEwOiJmb290ZXJfb25lIjtzOjk2OiImbHQ7cCZndDtBenRvZGF5LmF6IGljdGltYWktc2l5YXNpIG9ubGF5biBxyZl6ZXQmbHQ7L3AmZ3Q7DQrCqSAleWVhciUsIELDvHTDvG4gaMO8cXVxbGFyIHFvcnVudXIiO3M6MTg6ImJhbm5lcl90b3BfYWRzZW5zZSI7czo0Mzk6IiZsdDshLS0gYXp0b2RheS5hei1zYXl0aW4geXV4YXJpc2kgNzI4eDkwIC0tJmd0Ow0KJmx0O3NjcmlwdCBhc3luYyBzcmM9JnF1b3Q7Ly9jb2RlLmFkc2dhcmRlbi5jb20vanMvYWRzZ2FyZGVuLmpzJnF1b3Q7Jmd0OyZsdDsvc2NyaXB0Jmd0Ow0KJmx0O2lucyBjbGFzcz0mcXVvdDthZHNnYXJkZW4mcXVvdDsgc3R5bGU9JnF1b3Q7ZGlzcGxheTpibG9jazsgd2lkdGg6IDcyOHB4OyBoZWlnaHQ6IDkwcHg7JnF1b3Q7IGRhdGEtYWQtY2xpZW50PSZxdW90OzU4MiZxdW90OyBkYXRhLWFkLXNsb3Q9JnF1b3Q7MjQwJnF1b3Q7Jmd0OyZsdDsvaW5zJmd0Ow0KJmx0O3NjcmlwdCZndDsoYWRzZ2FyZGVuID0gd2luZG93LmFkc2dhcmRlbiB8fCBbXSkucHVzaCh7fSk7Jmx0Oy9zY3JpcHQmZ3Q7DQombHQ7IS0tIGF6dG9kYXkuYXotc2F5dGluIHl1eGFyaXNpIDcyOHg5MCAtLSZndDsiO3M6MTI6ImJhbm5lcl9iZWxvdyI7czo0OiJ0cnVlIjtzOjIwOiJiYW5uZXJfYmVsb3dfYWRzZW5zZSI7czoxMTE0OiImbHQ7IS0tIENvbXBvc2l0ZSBTdGFydCAtLSZndDsNCiZsdDtkaXYgaWQ9JnF1b3Q7TTM4MTQxN1NjcmlwdFJvb3RDNjQ1NzIyJnF1b3Q7Jmd0Ow0KICAgICAgICAmbHQ7ZGl2IGlkPSZxdW90O00zODE0MTdQcmVsb2FkQzY0NTcyMiZxdW90OyZndDsNCiAgICAgICAuLi4NCiAgICAmbHQ7L2RpdiZndDsNCiAgICAgICAgJmx0O3NjcmlwdCZndDsNCiAgICAgICAgICAgICAgICAoZnVuY3Rpb24oKXsNCiAgICAgICAgICAgIHZhciBEPW5ldyBEYXRlKCksZD1kb2N1bWVudCxiPSdib2R5JyxjZT0nY3JlYXRlRWxlbWVudCcsYWM9J2FwcGVuZENoaWxkJyxzdD0nc3R5bGUnLGRzPSdkaXNwbGF5JyxuPSdub25lJyxnaT0nZ2V0RWxlbWVudEJ5SWQnOw0KICAgICAgICAgICAgdmFyIGk9ZFtjZV0oJ2lmcmFtZScpO2lbc3RdW2RzXT1uO2RbZ2ldKCZxdW90O00zODE0MTdTY3JpcHRSb290QzY0NTcyMiZxdW90OylbYWNdKGkpO3RyeXt2YXIgaXc9aS5jb250ZW50V2luZG93LmRvY3VtZW50O2l3Lm9wZW4oKTtpdy53cml0ZWxuKCZxdW90OyZsdDtodCZxdW90OysmcXVvdDttbCZndDsmbHQ7Ym8mcXVvdDsrJnF1b3Q7ZHkmZ3Q7Jmx0Oy9ibyZxdW90OysmcXVvdDtkeSZndDsmbHQ7L2h0JnF1b3Q7KyZxdW90O21sJmd0OyZxdW90Oyk7aXcuY2xvc2UoKTt2YXIgYz1pd1tiXTt9DQogICAgICAgICAgICBjYXRjaChlKXt2YXIgaXc9ZDt2YXIgYz1kW2dpXSgmcXVvdDtNMzgxNDE3U2NyaXB0Um9vdEM2NDU3MjImcXVvdDspO312YXIgZHY9aXdbY2VdKCdkaXYnKTtkdi5pZD0mcXVvdDtNR19JRCZxdW90OztkdltzdF1bZHNdPW47ZHYuaW5uZXJIVE1MPTY0NTcyMjtjW2FjXShkdik7DQogICAgICAgICAgICB2YXIgcz1pd1tjZV0oJ3NjcmlwdCcpO3MuYXN5bmM9J2FzeW5jJztzLmRlZmVyPSdkZWZlcic7cy5jaGFyc2V0PSd1dGYtOCc7cy5zcmM9JnF1b3Q7Ly9qc2MubWFya2V0Z2lkLmNvbS9hL3ovYXp0b2RheS5hei42NDU3MjIuanM/dD0mcXVvdDsrRC5nZXRZZWFyKCkrRC5nZXRNb250aCgpK0QuZ2V0RGF0ZSgpK0QuZ2V0SG91cnMoKTtjW2FjXShzKTt9KSgpOw0KICAgICZsdDsvc2NyaXB0Jmd0Ow0KJmx0Oy9kaXYmZ3Q7DQombHQ7IS0tIENvbXBvc2l0ZSBFbmQgLS0mZ3Q7IjtzOjExOiJzaWRlYmFyX3BvcyI7czo1OiJyaWdodCI7czoxNDoic3RpY2t5X3NpZGViYXIiO3M6NDoidHJ1ZSI7czoxMDoiZXhjX2xlbmd0aCI7czoyOiIxNSI7czoxMzoiYXJjX21ldGFfZGF0ZSI7czo0OiJ0cnVlIjtzOjEzOiJhcmNfbWV0YV9jYXRzIjtzOjQ6InRydWUiO3M6MTI6ImJsb2dfZGlzcGxheSI7czo3OiJleGNlcnB0IjtzOjE1OiJjYXRlZ29yeV9sYXlvdXQiO3M6NzoiZXhjZXJwdCI7czoxMDoidGFnX2xheW91dCI7czo3OiJleGNlcnB0IjtzOjEwOiJhdXRob3JfYmlvIjtzOjQ6InRydWUiO3M6MTA6ImF1dGhvcl9yc3MiO3M6NDoidHJ1ZSI7czoxMzoiYXV0aG9yX2xheW91dCI7czo3OiJleGNlcnB0IjtzOjEzOiJzZWFyY2hfbGF5b3V0IjtzOjc6ImV4Y2VycHQiO3M6MTA6InRoZW1lX3NraW4iO3M6NzoiI2U5NWNhMiI7czoyMDoiaG9tZXBhZ2VfY2F0c19jb2xvcnMiO3M6NDoidHJ1ZSI7czoxMjoic21vdGhfc2Nyb2xsIjtzOjQ6InRydWUiO3M6MTU6ImJhY2tncm91bmRfdHlwZSI7czo2OiJjdXN0b20iO3M6MTA6ImJhY2tncm91bmQiO2E6MTp7czo1OiJjb2xvciI7czo3OiIjZmZmZmZmIjt9czoxNjoibGlua3NfZGVjb3JhdGlvbiI7czo0OiJub25lIjtzOjE3OiJsaW5rc19jb2xvcl9ob3ZlciI7czo3OiIjYjBiMGIwIjtzOjIyOiJsaW5rc19kZWNvcmF0aW9uX2hvdmVyIjtzOjQ6Im5vbmUiO3M6MTc6ImhlYWRlcl9iYWNrZ3JvdW5kIjthOjE6e3M6NToiY29sb3IiO3M6NzoiI2ZmZmZmZiI7fXM6MTk6Im1haW5fbmF2X2JhY2tncm91bmQiO3M6NzoiIzAwMDAwMCI7czoyMToibmF2X2xpbmtzX2NvbG9yX2hvdmVyIjtzOjc6IiNiMGIwYjAiO3M6MjU6InR5cG9ncmFwaHlfbGF0aW5fZXh0ZW5kZWQiO3M6NDoidHJ1ZSI7czoxOToidHlwb2dyYXBoeV9jeXJpbGxpYyI7czo0OiJ0cnVlIjtzOjI4OiJ0eXBvZ3JhcGh5X2N5cmlsbGljX2V4dGVuZGVkIjtzOjQ6InRydWUiO3M6MTg6InR5cG9ncmFwaHlfZ2VuZXJhbCI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MjE6InR5cG9ncmFwaHlfc2l0ZV90aXRsZSI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MTg6InR5cG9ncmFwaHlfdGFnbGluZSI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MTk6InR5cG9ncmFwaHlfdG9wX21lbnUiO2E6MTp7czo0OiJmb250IjtzOjM5OiJBcmlhbCwgSGVsdmV0aWNhLCBzYW5zLXNlcmlmOm5vbi1nb29nbGUiO31zOjE5OiJ0eXBvZ3JhcGh5X21haW5fbmF2IjthOjM6e3M6NToiY29sb3IiO3M6NzoiI2ZmZmZmZiI7czo0OiJzaXplIjtzOjI6IjE2IjtzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MjQ6InR5cG9ncmFwaHlfYnJlYWtpbmdfbmV3cyI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6Mjg6InR5cG9ncmFwaHlfZ3JpZF9zbGlkZXJfdGl0bGUiO2E6MTp7czo0OiJmb250IjtzOjM5OiJBcmlhbCwgSGVsdmV0aWNhLCBzYW5zLXNlcmlmOm5vbi1nb29nbGUiO31zOjIzOiJ0eXBvZ3JhcGh5X3NsaWRlcl90aXRsZSI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MjE6InR5cG9ncmFwaHlfcGFnZV90aXRsZSI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MjE6InR5cG9ncmFwaHlfcG9zdF90aXRsZSI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6Mjc6InR5cG9ncmFwaHlfcG9zdF90aXRsZV9ib3hlcyI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6Mjg6InR5cG9ncmFwaHlfcG9zdF90aXRsZTJfYm94ZXMiO2E6Mjp7czo1OiJjb2xvciI7czo3OiIjMDAwMDAwIjtzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MjA6InR5cG9ncmFwaHlfcG9zdF9tZXRhIjthOjE6e3M6NDoiZm9udCI7czozOToiQXJpYWwsIEhlbHZldGljYSwgc2Fucy1zZXJpZjpub24tZ29vZ2xlIjt9czoyMToidHlwb2dyYXBoeV9wb3N0X2VudHJ5IjthOjM6e3M6NDoic2l6ZSI7czoyOiIxNyI7czo0OiJmb250IjtzOjM5OiJBcmlhbCwgSGVsdmV0aWNhLCBzYW5zLXNlcmlmOm5vbi1nb29nbGUiO3M6NToic3R5bGUiO3M6Njoibm9ybWFsIjt9czoyMjoidHlwb2dyYXBoeV9ibG9ja3F1b3RlcyI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6MjI6InR5cG9ncmFwaHlfYm94ZXNfdGl0bGUiO2E6Mzp7czo1OiJjb2xvciI7czo3OiIjZjcwYTBhIjtzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7czo2OiJ3ZWlnaHQiO3M6NDoiYm9sZCI7fXM6MjQ6InR5cG9ncmFwaHlfd2lkZ2V0c190aXRsZSI7YTozOntzOjU6ImNvbG9yIjtzOjc6IiNmNzBhMGEiO3M6NDoiZm9udCI7czozOToiQXJpYWwsIEhlbHZldGljYSwgc2Fucy1zZXJpZjpub24tZ29vZ2xlIjtzOjY6IndlaWdodCI7czo0OiJib2xkIjt9czozMToidHlwb2dyYXBoeV9mb290ZXJfd2lkZ2V0c190aXRsZSI7YToxOntzOjQ6ImZvbnQiO3M6Mzk6IkFyaWFsLCBIZWx2ZXRpY2EsIHNhbnMtc2VyaWY6bm9uLWdvb2dsZSI7fXM6OToibm90LWZvdW5kIjtzOjM3OiJBeHRhcmTEscSfxLFuxLF6IHPJmWhpZsmZIHRhcMSxbG1hZMSxIjtzOjEwOiJjaGVjay1hbHNvIjtzOjE0OiJCdW5hIGRhIGJheC4uLiI7czo4MzoiYXBvbG9naWVzLWJ1dC10aGUtcGFnZS15b3UtcmVxdWVzdGVkLWNvdWxkLW5vdC1iZS1mb3VuZC1wZXJoYXBzLXNlYXJjaGluZy13aWxsLWhlbHAiO3M6NDM6IlTJmcmZc3PDvGYga2ksIGhlw6cgYmlyIHjJmWLJmXIgdGFwxLFsbWFkxLEiO3M6Njoic2VhcmNoIjtzOjk6IkF4dGFyxLHFnyI7czoyMjoic2VhcmNoLXJlc3VsdHMtZm9yOi0lcyI7czoyNDoiQXh0YXLEscWfIG7JmXRpY8mZbMmZcmk7IjtzOjEzOiJyZXN1bHRzLWZvdW5kIjtzOjEzOiJOyZl0aWPJmWzJmXI6IjtzOjEwOiJuby1yZXN1bHRzIjtzOjIzOiJOyZl0aWPJmSBhxZ9rYXJsYW5tYWTEsSI7czoxNjoidmlldy1hbGwtcmVzdWx0cyI7czoyNjoiQsO8dMO8biBuyZl0aWPJmWzJmXLJmSBiYXgiO3M6OTI6InNvcnJ5LWJ1dC1ub3RoaW5nLW1hdGNoZWQteW91ci1zZWFyY2gtY3JpdGVyaWEtcGxlYXNlLXRyeS1hZ2Fpbi13aXRoLXNvbWUtZGlmZmVyZW50LWtleXdvcmRzIjtzOjY3OiJIZcOnIG7JmSB0YXDEsWxtYWTEsS4gQmHFn3FhIHPDtnogeWF6xLFuIHbJmSB5ZW5pZMmZbiBjyZloZCBlZGluLi4uIjtzOjI2OiJkYWlseS1hcmNoaXZlczotc3BhbiVzc3BhbiI7czoxNzoiR8O8bmTJmWxpayBhcnhpdjoiO3M6Mjg6Im1vbnRobHktYXJjaGl2ZXM6LXNwYW4lc3NwYW4iO3M6MTQ6IkF5bMSxcSBhcnhpdjogIjtzOjI3OiJ5ZWFybHktYXJjaGl2ZXM6LXNwYW4lc3NwYW4iO3M6MTM6IsSwbGxpayBhcnhpdjoiO3M6MTY6InRhZy1hcmNoaXZlczotJXMiO3M6MTE6IlRlcSBhcnhpdmk6IjtzOjEzOiJibG9nLWFyY2hpdmVzIjtzOjEyOiJCbG9xIGFyeGl2aToiO3M6NjoicGFnZXM6IjtzOjEyOiJTyZloaWbJmWzJmXIiO3M6NDoiZWRpdCI7czo4OiJSZWRha3TJmSI7czo0OiJ0YWdzIjtzOjc6IlRlcWzJmXIiO3M6ODoicHJldmlvdXMiO3M6OToixo92dsmZbGtpIjtzOjQ6InByZXYiO3M6OToixo92dsmZbGtpIjtzOjQ6Im5leHQiO3M6OToiTsO2dmLJmXRpIjtzOjU6InBhZ2VzIjtzOjEyOiJTyZloaWbJmWzJmXIiO3M6MTA6ImNhdGVnb3JpZXMiO3M6MTE6IkLDtmxtyZlsyZlyIjtzOjc6ImF1dGhvcnMiO3M6MTM6Ik3DvMmZbGxpZmzJmXIiO3M6NToidmlld3MiO3M6NzoiQmF4xLHFnyI7czoxNToicmVhZC1tb3JlLXJhcXVvIjtzOjIxOiLGj3RyYWZsxLEgJmFtcDtyYXF1bzsiO3M6NToic2hhcmUiO3M6NzoiUGF5bGHFnyI7czoxNjoicmVsYXRlZC1hcnRpY2xlcyI7czoxODoiRGlnyZlyIHjJmWLJmXJsyZlyIjtzOjExOiJsYXF1by1maXJzdCI7czoxMzoiJmFtcDtsYXF1bzsgMSI7czoxMDoibGFzdC1yYXF1byI7czoxNDoiU29uICZhbXA7cmFxdW8iO3M6MzQ6InBhZ2UtJWN1cnJlbnRwYWdlJS1vZi0ldG90YWxwYWdlcyUiO3M6NDM6IlPJmWguICVDVVJSRU5UX1BBR0UlIHwgQ8mZbWk6ICVUT1RBTF9QQUdFUyUiO3M6MTM6ImJyZWFraW5nLW5ld3MiO3M6ODoiVMmZY2lsaToiO319